Rumıniya Aİ-də yeniyetmələrin sosial mediaya çıxışının məhdudlaşdırılacağını gözləyir- ÖZƏL 

Rumıniya Avropa İttifaqı ölkələrində yetkinlik yaşına çatmayanların sosial şəbəkələrə çıxışının məhdudlaşdırılması ilə bağlı qanunların yaxın bir il ərzində qəbul ediləcəyini gözləyir və bu məsələdə "Avropa siyasətinə" uyğun mövqe tutacağını bəyan edib. Olaylar.az xəbər verir ki, bu fikri Rumıniya prezidentinin müşaviri Sorin Kostrey Digi24 telekanalına müsahibəsində səsləndirib.
"Gəlin, Avropa siyasətinə sadiq qalaq. Hesab edirəm ki, yaxın altı ay - bir il ərzində Avropanın əksər ölkələrində gənclərin sosial şəbəkələrə çıxışının məhdudlaşdırılması ilə bağlı qanun qəbul olunacaq", - deyə o bildirib.
Müşavir bu sahədə tənzimləmənin zəruri olduğunu vurğulayıb. Onun sözlərinə görə, bəzi sosial şəbəkələr asılılıq yaradır. Kostrey məsələni gənclərin tütün və alkoqola çıxışının məhdudlaşdırılması ilə müqayisə edərək, sosial media istifadəsinin də müəyyən qaydalar çərçivəsində tənzimlənməsinin vacibliyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31