İranda etirazlarda öldürülənlər çuvallarda saxlanılır – ŞOK

İranda etirazlar zamanı öldürülən şəxslərin cəsədlərinin qara çuvallarda saxlanıldığına dair dəhşətli görüntülər yayılıb. Kadrlarda onlarla çuvalın sıra ilə düzülməsi, ətrafda isə şok və ümidsizlik içində olan insanların dolaşması görünür.

Musavat.com xəbər verir ki, yayılan videoya əsasən, etirazlar zamanı həlak olanların cəsədləri ailələrindən gizlədilir, yaxınları isə övladlarını, qohumlarını tapmaq üçün fəryad edir.

Bu mənzərə İranda etirazların artıq açıq repressiya və qanlı mərhələyə keçdiyini göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31