Peskov: Rusiya Sidneydəki çimərlikdə törədilən terror aktını qətiyyətlə pisləyir - ÖZƏL

Rusiya Sidneydə çimərlikdə törədilmiş, aralarında bir uşağın da olduğu 16 nəfərin ölümü ilə nəticələnən vəhşi terror aktını qətiyyətlə pisləyir.

"Biz Rusiyada Avstraliyada ekstremistlər tərəfindən törədilmiş bu vəhşi terror aktını ən qəti şəkildə pisləyirik", - deyə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, cinayətin bütün yəhudilər üçün müqəddəs sayılan dini bayram günü dini zəmində törədilməsi bu faciəni daha da iyrənc edir.

Dekabrın 14-də Sidneydəki Bondi çimərliyində atışma baş verib. Hadisə nəticəsində 16 nəfər ölüb, 29 nəfər yaralanıb.

Terror aktı zamanı Holokostdan sağ çıxmış rusdilli bir kişi həyat yoldaşını qorumaq üçün özünü onun qarşısına ataraq həlak olub.

Həlak olanlar arasında Ukraynadan olan rusdilli mühacirlərin qızı da var.

Bundan əlavə, bildirilir ki, terror aktı zamanı Sidneydə bir Rusiya vətəndaşı da yaralanıb - onun qoluna güllə dəyib.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31