Kreml ideoloqlarına zərbə

Avropa İttifaqının ən yeni sanksiyaları 14 fiziki və hüquqi şəxsi əhatə edir.

Olaylar.az xəbər verir ki, sanksiya siyahısına Kremlə yaxın "Valday" diskussiya klubuyla əlaqəli politoloqlar və beynəlxalq siyasət üzrə ekspertlər - Dmitri Suslov, Fyodor Lukyanov, Andrey Suşentsov, İvan Timofeyev və Andrey Bıstritski daxil edilib.

Sanksiyalar həmçinin Rusiyanın narrativlərini yayan, Floridada şerifin keçmiş köməkçisi Con Mark Duqan, İsveçrə ordusunun istefada olan polkovniki Jak Bo və Fransanın istefada olan zabiti Ksavye Moro barəsində də tətbiq olunub.

Bundan başqa, məhdudiyyətlər Beynəlxalq rusofillər hərəkatına, Rusiya silahlı qüvvələrinin radioelektron mübarizə üzrə 142-ci batalyonuna, ukraynalı jurnalist Diana Pançenkoya, eləcə də Vyetnam və Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş şirkətlərə şamil edilib.

Daha əvvəl "Azadlıq" radiosunun müxbiri Rikard Yozvyak Aİ-nin qara siyahısına BƏƏ-də yerləşən "2Rivers Group" şirkətinə rəhbərlik edən azərbaycanlı iş adamı Tələt Səfərovun da daxil ediləcəyini bildirib. Brüsselin məlumatına görə, bu şirkət Rusiya neftinin tədarükü və ixracı ilə fəal şəkildə məşğul olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31