Gümrü merinin məhkəməsi təxirə salındı: Şahidlər gəlmədi – ÖZƏL
16:03 DünyaErmənistanın Gümrü şəhərinin meri Vardan Qukasyanın məhkəmə iclası şahidlərin prosesə gəlməməsi səbəbilə təxirə salınıb.
Olaylar.az xəbər verir ki, "Novosti Armeniya - NEWS.am" agentliyinə açıqlama verən merin vəkili Zarui Postancyan hadisəni "vaxt alveri" adlandırıb.
Postancyanın sözlərinə görə, bəzi şahidlərə məhkəmə barədə ümumiyyətlə məlumat verilməyib, məlumat verilən digər şahidlər isə iclasa gəlməyiblər.
Vəkil bildirib ki, məhkəmə şahidləri məcburi qaydada məhkəməyə gətirmək üçün tədbirlər tətbiq etmək barədə qərar qəbul edib.
Qeyd edək ki, növbəti məhkəmə iclası dekabrın 23-nə təyin olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31