Gürcüstan: "Aİ XİN toplantısı Gürcüstana zərbə vurmaq üçün istifadə olunacaq" – ÖZƏL

Gürcüstan Parlamentinin sədr müavini Nino Tsilossani bu gün Brüsseldə keçiriləcək Aİ Xarici İşlər Nazirləri Şurasının iclası ilə bağlı sərt bəyanatla çıxış edib.

Olaylar.az xəbər verir ki, jurnalistlərə danışan Tsilossani, toplantıda Gürcüstanla bağlı çoxlu yalan və dezinformasiya səsləndiriləcəyini iddia edib.

O, Aİ-nin və rəsmi nümayəndələrinin "uğurlu Gürcüstanı tənqid etməkdənsə, daha böyük narahatlıqlara sahib olmalı" olduğunu bildirib.
Vitse-spiker iddia edib ki, Aİ bürokratiyası "Avropa xalqına və ya üzv dövlətlərə deyil, tamamilə başqa məqsədlərə xidmət edir".

Tsilossani əmindir ki, bu görüş "yenidən Gürcüstana zərbə vurmaq üçün alət kimi istifadə olunacaq" və bunun səbəbləri hər kəsə aydındır.
O əlavə edib ki, əgər Qərbi həqiqətən ölkədə söz azadlığı və demokratiyanın işləməsi maraqlandırırsa, öz institutlarının obyektiv araşdırmaları ilə tanış olmalıdırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31