Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirir – ÖZƏL
13:56 DünyaAvropa İttifaqı Rusiyaya qarşı sanksiya siyahısına daha 40 gəmini daxil etməyi planlaşdırır.
Olaylar.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
Onun sözlərinə görə, qərar Aİ Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində qəbul ediləcək və "kölgə donanması"na aid 40 gəmi, eləcə də sanksiyalardan yayınmağa kömək edən şəxslər siyahıya salınacaq.
Kallas qeyd edib ki, iclas zamanı Kiyevin maliyyələşdirilməsi məsələsi də müzakirə olunacaq. O vurğulayıb ki, bu problemin ən effektiv həlli dondurulmuş Rusiya aktivləri hesabına verilməsi nəzərdə tutulan "reparasiya krediti"dir.
Eyni zamanda, Aİ diplomatiyasının rəhbəri bu məsələ ilə bağlı hələlik konsensusun olmadığını etiraf edib. Onun sözlərinə görə, Rusiya aktivlərinin böyük hissəsinin saxlanıldığı Belçikanın razılığı olmadan qərar qəbul etmək çətin olacaq. Kallas əlavə edib ki, qarşıdakı həftə bu məsələ baxımından həlledici əhəmiyyət daşıyır.