Navrotski: Ukraynanın ərazi güzəştləri yalnız Rusiya, ABŞ və Kiyev arasında müzakirə oluna bilər- ÖZƏL

əPolşanın prezidenti Karol Navrotski Wirtualna Polska portalına verdiyi müsahibədə bildirib ki, Ukraynanın ərazi güzəştləri yalnız Rusiya, ABŞ və Ukrayna arasında müzakirə oluna bilər. Olaylar.az xəbər verir ki, "Ərazi məsələləri yalnız ABŞ, Ukrayna və Rusiya arasında müzakirə edilməlidir", - deyə Navrotski qeyd edib.
O, həmçinin Varşavanın bəzi Ukrayna ilə bağlı danışıqlar formatlarında iştirak etməməsini baş nazir Donald Tuskun Qərb tərəfdaşları arasında nüfuzunun zəifləməsi ilə izah edib.
Bununla yanaşı, Navrotski qeyd edib ki, hələ də Rusiyanın, ABŞ-ın və Ukrayna nümayəndələrinin iştirakı ilə Ukraynada sülh danışıqları üçün bir masa ətrafında oturmağı arzulayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31