Putin heç kimi nüvə silahı ilə hədələməyib - Qrossi
15 Dekabr 13:04 DünyaRusiya prezidenti heç kəsi nüvə silahı ilə hədələməyib.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi ispan nəşrlərindən birinə müsahibəsində bildirib.
"Mən onun nüvə hücumu ilə hədələməsini qeydə almamışam",- deyə o bildirib.
Qrossinin sözlərinə görə, o, Rusiya prezideti Vladimir Putinin yalnız ekzistensial təhlükə vəziyyətində nüvə silahlarının mövcud olduğunu bildirən bəyanatı görüb.
"Bu, əslində demək olar ki, bütün ölkələrin nüvə silahından istifadə doktrinasıdır" - deyə BAEA baş direktoru əlavə edib.
O, nüvə silahları ilə bağlı beynəlxalq gərginliyin artdığını və "gizli riskin" mövcud olduğunu qeyd edib. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31