İranın XİN rəhbəri Moskvaya rəsmi səfər edəcək- ÖZƏL
15 Dekabr 12:50 Dünyaİranın xarici işlər naziri Abbas Araqçi dekabrın 17-də Moskvaya səfər edəcək. Olaylar.az xəbər verir ki, nazirliyin məlumatına görə, səfər çərçivəsində Araqçi Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Görüş zamanı tərəflər beynəlxalq gündəlikdəki aktual məsələləri, o cümlədən İranın nüvə proqramı ətrafındakı vəziyyəti müzakirə edəcək və regional məsələlər üzrə fikir mübadiləsi aparacaqlar.
Həmçinin görüşdə Rusiya-İran əlaqələrinin yeni səviyyəyə yüksəlməsi ilə nəticələnmiş strateji tərəfdaşlıq çərçivəsində iki ölkə arasında ikitərəfli gündəlik məsələlərə xüsusi diqqət yetiriləcək. Yeni dövlətlərarası müqavilə 2 oktyabr 2025-ci il tarixində qüvvəyə minib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31