Almaniyada ABŞ-Ukrayna danışıqları nəticəsiz olacaq- ÖZƏL
15 Dekabr 12:35 Dünya"Almaniyada növbəti dəfə ABŞ -Ukrayna danışıqları keçirilir. Prezident V. Zelenki danışıqlar da iştirak edir. ABŞ danışıqlarda V. Putinin dostu S. Uitkof və C. Kuşner təmsil edir. D. Trampın xüsusi nümayəndəsi S. Uitkof paradında Donbasın Rusiyaya verilməsi müqabilində sülhün əldə edilməsi və Ukraynanın NATO -dan imtina təklifləri var". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib: "Qeyd edim ki, Ukrayna NATO -dan imtina edə bilər. Amma, V. Zelenki Ukraynaya təhlükəsizlik təminatının verilməsini tələb edir. Bunun üçün Ukraynanın müdafiəsi üçün ABŞ Konqresində qanun layihəsinin qəbul edilməsini tələb edir. Amma, ABŞ hər iki təklifi qəbul etmir. Bu kontekstdə danışıqlar aparılacaq. V. Zelenki ərazi güzəştinə getmeyəcək.
Bu danışıqların Avropada keçirilməsi Ukraynanın əlini gücləndirir. Almaniyada keçirilən danışıqların nəticəsiz baş tutması istisna deyil. Rusiya Donbasın ona verilməsini tələb edir. Hazırda Ukrayna Avropa İttifaqının dəstəyi ilə Rusiya -ABŞ qarşısında öz mövqeyini qoruyur.
Demek olar ki, ABŞ-Rusiya tandemi ilə Avropa İttifaqı -Ukrayna arasında siyasi qarşıdurma yaraşanır. Bu siyasi qarşıdurmada tərəflər arasında prinsipial fikir ayrılıqları qalmaqdadır. ABŞ administrasiyasının Avropa İttifaqı ilə deyil, Rusiya ilə anlaşma əldə etməsi Qərb Alyansında uzun illər formalaşmış ABŞ -Avropa İttifaqında dərin çat yaradıb. Bu beynəlxalq siyasi nizamın deqradasiyaya uğramasına gətirib çıxarır".