Zəlzələ ilə bağlı SON DƏQİQƏ XƏBƏRDARLIĞI – Təhlükə çox yaxındadır
11:31 DünyaTürkiyə hər an zəlzələ riski ilə üz-üzədir.
Olaylar.az xəbər verir ki, Egey, Mərmərə, Aralıq dənizi və Şərqi Anadolu bölgələrində yerləşən aktiv fay xətləri yeni və dağıdıcı zəlzələlərin baş vermə ehtimalını yüksək saxlayır.
Zəlzələ üzrə mütəxəssis Prof. Dr. Süleyman Pampal bu riskin uzaq olmadığını bildirib.
Onun sözlərinə görə, Şərqi Anadolu Fayında xüsusilə Karlıova-Ərzincan arasında yerləşən və seysmik boşluq adlandırılan sahələr ciddi nəzarət altındadır. Marmara dənizində isə Orta Marmara Fayının qırılmamış hissələri mövcuddur və burada 6,5-7 bal gücündə zəlzələ potensialı var.
O xatırladıb ki, 2025-ci ildə Türkiyədə iki böyük zəlzələ qeydə alınıb. Aprelin 23-də İstanbulun Silivri sahillərində 6,2 bal gücündə zəlzələ baş verib, Balıkəsirin Sındırgı rayonunda isə 6,1 bal gücündə güclü yeraltı təkanlar olub. Son aylarda Antalya, Manisa və Balıkəsirdə baş verən zəlzələlər də riskin nə qədər yaxın olduğunu göstərir.
Mütəxəssislər bildirir ki, Türkiyədə hər il minlərlə kiçik və orta güclü zəlzələ baş verir. Buna baxmayaraq, aktiv fay zonaları səbəbindən ölkə üzrə güclü zəlzələ təhlükəsi davam edir.
Prof. Pampalın xəbərdarlığına görə, mümkün böyük zəlzələlər "təəssüf ki, uzaqda deyil".
Musavat.com