Moskvanın iki aeroportunda uçuşlar dayandırılıb

Rusiya paytaxtı Moskvanın iki hava limanı - "Domodedovo" və "Jukovski" hava limanında təyyarələrin qəbulu və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Rosaviasiya"nın nümayəndəsi Artyom Korenyako "Telegram" kanalında məlumat yayıb.

Onun sözlərinə görə, məhdudiyyətlər təyyarələrin uçuş təhlükəsizliyinin təmin olunması məqsədilə tətbiq olunub.

Bundan əvvəl dekabrın 14-də də Domodedovo və Jukovski aeroportlarında uçuşlar müvəqqəti dayandırılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31