Kallas etiraf etdi ki, Ukraynanın NATO-ya üzvlüyü artıq müzakirə mövzusu deyil- ÖZƏL

Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin rəhbəri Kaya Kallas Ukraynanın NATO-ya üzvlüyü məsələsinin artıq gündəmdə olmadığını etiraf edib. O, bu halda Avropa İttifaqının Kiyevə real və ciddi təhlükəsizlik zəmanətləri verməli olduğunu vurğulayıb.
Olaylar.az xəbər verir ki, Kallas bu fikirləri Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin görüşünə gələrkən jurnalistlərə açıqlamasında səsləndirib. Onun sözlərinə görə, Ukraynanın NATO perspektivi müzakirə mövzusu deyilsə, Avropa İttifaqı məsuliyyəti öz üzərinə götürməlidir.
"Əgər NATO üzvlüyü artıq müzakirə olunmursa, Aİ Ukrayna üçün həqiqətən ciddi təhlükəsizlik zəmanətləri hazırlamalıdır. Bu, sadəcə kağız üzərində qalan sənədlər olmamalıdır. Söhbət real qoşunlardan, real hərbi imkanlardan gedir", - deyə Kallas bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31