Berlin danışıqları necə keçib? - Uitkoffdan İLK AÇIQLAMA
15 Dekabr 10:01 DünyaABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Berlində Ukrayna nümayəndə heyəti ilə iyirmi maddəlik sülh planı üzərində aparılan danışıqlarda əhəmiyyətli irəliləyişlər olduğunu bildirib.
Olaylar.az publika.az-a istinadən xəbər verir ki, o, "X" sosial şəbəkəsindəki paylaşdığı paylaşımında tərəflərin təkcə bu planla deyil, həm də bir sıra iqtisadi məsələlərlə bağlı ətraflı müzakirələr apardığını qeyd edib. O, beş saatdan çox davam edən görüşün əhəmiyyətli nəticələr verdiyini və danışıqların ertəsi gün səhər davam edəcəyini bildirib.
Görüşdə Volodimir Zelenskidən əlavə ABŞ Prezidenti Donald Trampın kürəkəni olan sahibkar Cared Kuşner və Almaniya kansleri Fridrix Merts də iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31