İraqın keçmiş prezidenti BMT-nin qaçqınlar üzrə ali komissarı seçilib

İraqın keçmiş prezidenti Bərham Salih BMT-nin qaçqınlar üzrə ali komissarı seçilib. Cenevrədə keçirilən seçkilərdə 12 namizəd mübarizə aparıb.

Olaylar.az-ın məlumatına görə, Salih bu postda italiyalı Filippo Qrandini əvəzləyib. O, vəzifəsinin icrasına yanvarın 1-də başlayacaq.

Bərham Salihin seçilməsini BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığı da təsdiqləməlidir.

1960-cı ildə anadan olmuş Bəhram Salih Londonda mühəndislik təhsili alıb. O, 2018-2022-ci illərdə İraq Respublikasının prezidenti olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31