Aİ benzin və dizel avtomobillərə qoyulan qadağanı yumşaldır
12 Dekabr 21:03 DünyaAvropa İttifaqının (Aİ) 2035-ci ildən yeni benzin və dizel mühərrikli avtomobillərin satışına qoyduğu qadağa yumşaldılacaq.
Olaylar xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin üzvü Manfred Weber bəyan edib.
Onun sözlərinə görə, sözügedən qadağanın növbəti həftələrdə yumşaldılması gözlənilir.
O bildirib ki, yanacaqla işləyən mühərriklərə qoyulan texnologiya qadağası müzakirə mövzusu deyil. Bu səbəbdən Almaniyada istehsal olunan bütün mühərriklər istehsal olunmağa və satılmağa davam edə bilər.
Qeyd edək ki, iki il əvvəl qəbul edilən razılaşmaya əsasən, 2035-ci ildən bazara çıxarılan avtomobillərin hamısı sıfır karbon emissiyası ilə işləməli idi. Bu isə həm hibrid avtomobillərin, həm də qazıntı yanacağı ilə işləyən nəqliyyat vasitələrinin satışının dayandırılması demək idi.