Hegset Driskollun Ukrayna danışıqlarından kənarlaşdırılmasını tələb edib - ÖZƏL
20:08 DünyaABŞ Müdafiə Naziri Dan Driskoll Ukraynadakı hərbi münaqişənin həlli üzrə danışıqlardan Pentaqon rəhbəri Pit Hegsetin xahişi ilə kənarlaşdırılıb.
Olaylar xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, "getdikcə paranoyaklaşan" Hegset hesab edib ki, Driskoll səlahiyyətlərini aşaraq çərçivədən çıxıb.
Noyabrın sonunda isə "The New York Times" qəzeti bildirirdi ki, Driskoll Avropa İttifaqını Ukraynadakı münaqişənin həllini sürətləndirməyə təşviq etməyə çalışırmış.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31