Peskov: Rusiya Ukrayna ilə atəşkəs yox, sülh üçün çalışır - ÖZƏL

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Ukrayna ilə atəşkəs yox, sülh üçün çalışır.

Olaylar xəbər verir ki, Peskov bu açıqlamanı Vladimir Zelenskinin ərazi məsələləri üzrə referendum keçirmək niyyəti ilə bağlı xəbərlərə şərh olaraq verib.

O qeyd edib ki, əgər bu təşəbbüs müvəqqəti atəşkəs və fasilə üçün bəhanə olarsa, bu qəbul edilməyəcək.

"Biz məhz sülh üçün çalışırıq, atəşkəs üçün yox", - Peskov deyib.

12 dekabrda yayılan məlumatda Zelenskinin "ümumukrayna referendum" keçirmək ehtimalını istisna etmədiyi bildirilirdi. Bu referendumda ərazi məsələləri müzakirə olunacaq.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov isə Zelenskinin referendum ideyasına cavab olaraq Donbasın statusunu xatırladıb.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31