Uzen: Rutte ABŞ-ı itirmək qorxusundan Rusiya ilə müharibədən danışır - ÖZƏL

Belçikalı istefada olan polkovnik Roje Uzen bildirib ki, NATO baş katibi Mark Rüttənin Avropada müharibəyə hazırlıqla bağlı açıqlamaları ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasından sonra Vaşinqtonun alyansa iştirakının zəifləyə biləcəyi narahatlığından qaynaqlanır.

Olaylar xəbər verir ki, Uzenin sözlərinə görə, Rutte ABŞ-ın tədricən geri çəkilməsindən və NATO-da rolunun zəifləməsindən ehtiyat edir.

"Rutte ABŞ-ın yavaş-yavaş uzaqlaşacağından və alyansdakı iştirakının zəifləyəcəyindən qorxur. O, hələ xilas oluna biləni qorumağa və NATO-nun birliyini saxlamağa çalışır", - deyə Uzenin fikirlərini "HLN" qəzeti sitat gətirir.

Bundan əvvəl Rutte Almaniya kansleri Fridrix Merts ilə keçirilən birgə mətbuat konfransında Avropa ölkələrini müdafiə xərclərini artırmağa çağırmış, bunun "ruslarla döyüşməyə hazır olmaq" üçün zəruri olduğunu vurğulamışdı.

Həmçinin bildirilmişdi ki, ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasında Avropanın öz müdafiəsini müstəqil şəkildə təmin etməsinin Vaşinqton üçün prioritet olduğu qeyd olunur.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31