Rusiyalı alimlər xərçəng preparatının sınağından 20 milyon rubl oğurlayıblar

Sankt-Peterburqda alimlər xərçəng dərmanının sınağı zamanı 20 milyon rubl oğurlamaqda təqsirli biliniblər.

Olaylar.az Lemtaşru-ya istinadla xəbər verir ki, Sankt-Peterburqda Kuybışevsk rayon məhkəməsi üç alimi mühakimə edib.

Təqsirləndirilən şəxslər Mixail Zaxarov, Vladimir Vinoqradov və Vladimir Kristopdur. Dördüncü təqsirləndirilən şəxs G.V.Aleksandrov hazırda xaricdə yaşayır və beynəlxalq axtarışdadır. Onlar Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi ("Xüsusilə külli miqdarda dələduzluq") ilə təqsirli biliniblər. Təqsirləndirilən şəxslər günahlarını etiraf edib və peşman olduqlarını bildiriblər. Onlar dəymiş zərəri qismən ödəyiblər.

Məhkəmənin yekununda Zaxarov 5,5 il, Vinoqradov və Kristop isə hər biri dörd il həbs cəzası alıblar. Hər üçünə beş illik sınaq müddəti ilə şərti cəza kəsilib.

Məhkəmə alimlərin heyvanlar üzərində təcrübə aparmadıqlarını və saxta sənədlər təqdim etdiklərini müəyyən edib. Sınaqlar keçirilməyib, preparatın isə effektsiz olduğu barədə saxta rəy hazırlanıb. Sınaq üçün ayrılan 20 milyon alim-həkimlər tərəfindən mənimsənilib. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31