Litva Belarusdan vurulan ziyanın rəsmi hesablanmasını və Minskə təqdim olunmasını tələb edir- ÖZƏL

Litva liberal­larının lideri, Seymdə "Litva Liberal İttifaqı" fraksiyasının sədri Viktorija Çmilite-Nilsen Belarusun "qeyri-dost addımları" səbəbindən Vilnüsün üzləşdiyi maddi itkilərin daim hesablanmasını və bu ziyanın rəsmi şəkildə Minskə təqdim edilməsini tələb edib. Olaylar.az xəbər verir ki, o, bu fikri "Ziniu radijas" radiostansiyasına müsahibəsində səsləndirib. Çmilite-Nilsenin sözlərinə görə, aviaşirkətlərin, eləcə də səfərləri yarımçıq qalan sərnişinlərin çəkdiyi ziyan qeydə alınmalı və həm Belarus tərəfinə, həm də Litvanın beynəlxalq tərəfdaşlarına göstərilməlidir. "Bizim Belarusiyaya qarşı təzyiq alətlərimiz olmalıdır. Bu itkilər praktiki əhəmiyyət daşıyır və biz onlardan tələb edəcəyimiz təzminat üçün istifadə edəcəyik", - siyasi lider bildirib.
Litva ilə Belarus arasında münasibətlər oktyabrın 29-da Vilnüsün hava ilə siqaret qaçaqmalçılığına qarşı mübarizə məqsədi ilə avtomobil sərhədini bir aylıq birtərəfli bağlamasından sonra gərginləşib. Litva tərəfi bildirir ki, Belarus ərazisindən siqaret yüklü meteozondu-luft şarlar buraxılır və bu, mülki aviasiya üçün təhlükə yaradırdı. Buna cavab olaraq Minsk Litva nömrəli yük maşınlarının ölkə ərazisindən keçməsini qadağan edib və onları ödənişli, mühafizə olunan dayanacaqlara yönləndirib. Noyabrın 20-də Litva sərhədi yenidən açsa da, litvalı furalar hələ də həmin dayanacaqlarda saxlanılır, qaçaqmalçıların hava şarları isə ara-sıra yenidən görünür. Bu vəziyyət fonunda baş nazir İnqa Ruğinene sərhədin yenidən bağlana biləcəyini istisna etməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31