Putin Türkiyəyə gedəcək - Peskov

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri baş tuta bilər.

Olaylar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Aşqabadda keçirilən brifinqdə deyib.

"İki ölkə lideri ünsiyyət çatışmazlığından əziyyət çəkmirlər, müntəzəm əlaqə saxlayırlar. Rusiya və Türkiyə arasında üçüncü ölkələrin təzyiqinin öhdəsindən gəlməyə kömək edən çoxşaxəli münasibətlər mövcuddur", - Peskov bildirib.

Qeyd edək ki, Aşqabadda Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında təxminən 40 dəqiqə davam edən qapalı görüş başa çatıb. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31