Yaponiya, Türkiyə, Kanada və Cənubi Koreya Aİ-nin hərbi investisiya proqramına qoşulur- ÖZƏL

Yaponiya, Türkiyə, Kanada və Cənubi Koreya Avropa İttifaqının hərbi investisiya təşəbbüsü olan SAFE proqramına qoşulmaq niyyətlərini rəsmi şəkildə Avropa Komissiyasına bildiriblər. Olaylar.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının nümayəndəsi Toma Renye məlumat verib. Onun sözlərinə görə, Türkiyə və Cənubi Koreya artıq Aİ-yə bu istiqamətdə rəsmi bildiriş göndəriblər. Yaponiya isə bugün təsdiq məktubunu təqdim edib. Kanada ilə bağlı isə proses daha irəlidədir - Renyenin açıqlamasına görə, bu ölkə ilə məsələ üzrə ikitərəfli müqavilə artıq imzalanıb. SAFE proqramı Aİ-nin müdafiə sənayesinin gücləndirilməsi, hərbi texnologiyalara investisiya və birgə layihələrin inkişafı məqsədi daşıyır. Bu ölkələrin qoşulması proqramın qlobal tərəfdaşlıq miqyasını genişləndirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31