Pezeşkian: İsrailin xüsusi imtiyazı Qərbi Asiyada ədalətsizliyin əsas mənbəyidir – ÖZƏL

Olaylar.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian Türkmənistanın Aşqabad şəhərində keçirilən "Beynəlxalq Sülh və Etimad Forumu"nda çıxış edib.

Prezident bildirib ki, beynəlxalq hüquqa hörmət, bərabər dialoq və çoxtərəfli əməkdaşlıq yolu ilə sülh və inkişafa nail olmaq mümkündür. O, sülhün artıq universal hüquq deyil, müəyyən coğrafi regionların imtiyazı halına gəldiyini vurğulayıb.

Pezeşkianın fikrincə, sülh müdafiə büdcələrinin artırılması və ya hərbi alyanslarla deyil, qeyri-bərabərlik, inhisarçılıq və diskriminasiya kimi qeyri-sabitliyin əsl mənbələrini aradan qaldırmaqla əldə edilir.

Prezident, Qərbi Asiyadakı böyük dövlətlərin siyasətinin sionist rejimə xüsusi imtiyaz verdiyini və bunun regionda müharibələr və ədalətsizliyin əsas mənbəyi olduğunu qeyd edib. O, bu imtiyazın İsrailin Qəzzada törətdiyi cinayətlərdən İrana qarşı hücumlara qədər davamlı təcavüzkar siyasətinin birbaşa nəticəsi olduğunu vurğulayıb.

Pezeşkian bu vəziyyəti qlobal güc inhisarının və böyük dövlətlərin İsrailin təhlükəsizliyində istisna yaratmaq cəhdinin nəticəsi adlandırıb. O əlavə edib: "Sionist rejimə belə bir imtiyaz verildiyi müddətcə, ədalətli sülhdən və nizamdən danışmaq olmaz."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31