ABŞ yeraltı nüvə sınaqlarını bərpa edə bilər- ÖZƏL
13:16 DünyaABŞ Nümayəndələr Palatası tərəfindən 2026 maliyyə ili üçün qəbul edilən müdafiə büdcəsi layihəsi ölkə administrasiyasına yeraltı nüvə sınaqları keçirmək imkanı tanıyır. Olaylar.az xəbər verir ki, bu barədə The Washington Times qəzeti məlumat yayıb. Qəzetin qeyd etdiyi kimi, qərar əsasən Şimali Koreyanın 2006-2017-ci illər arasında həyata keçirdiyi altı yeraltı nüvə sınaqlarına cavab olaraq qəbul edilir. Lakin büdcə layihəsində ABŞ-ın digər növ nüvə sınaqlarını keçirməsi hələ də qadağan olunur. Sənəd Senat tərəfindən təsdiqləndikdən sonra prezident Donald Trampın imzasına göndəriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31