İranda qripdən ölənlərin sayı artır
13:03 Dünyaİranda peyvənd çatışmazlığı və bahalıq ciddi fəsadlara səbəb olub.
Olaylar.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, indiyə qədər ölkədə 101 nəfər qripdən ölüb. Bunu İranın Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzinin rəhbəri Hüseyn Kermanpur bildirib.
O, virusdan ölənlərin əksəriyyətinin peyvənd olunmadığını qeyd edib.
İslam Şurası Məclisinin Səhiyyə və Tibb Komissiyasının üzvü Humayun Sameh Nəcəfabadi də qripdən ölüm riskinin koronavirusdan daha yüksək olduğunu vurğulayıb.
O, virusun geniş yayılmasının əsas səbəbləri kimi qrip peyvəndinin yüksək qiymətini və sığortanın olmamasını göstərib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31