Fon der Leyen: ABŞ prezidenti Aİ seçkilərinə qarışmamalıdır – ÖZƏL

Avropa Komissiyasının sədri Ursula fon der Leyen ABŞ prezidentinin Avropa İttifaqı ölkələrinin demokratik proseslərinə qarışmamalı olduğunu bildirib.

Olaylar.az xəbər verir ki, Politico nəşrinə müsahibəsində, ABŞ-nin yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında Aİ-yə ünvanlanan tənqidlər barədə suala cavab verən fon der Leyen deyib: "Seçkilərə gəldikdə, ölkənin liderinin kim olacağına qərarı biz deyil, həmin ölkənin xalqı verməlidir. Bu, seçicilərin suverenliyidir və qorunmalıdır. Başqa heç kim buna qarışmamalıdır, heç bir sual olmadan."

AK rəhbəri əlavə edib ki, onun ABŞ prezidentləri ilə həmişə "çox yaxşı işgüzar münasibətləri" olub və bu, indiyə qədər davam edir.
Məlumata görə, Tramp əvvəllər dəfələrlə Avropanı tənqid etmişdi. O, bütövlükdə Avropa ölkələrinin aparıcı siyasətçilərinin "indiki tərkibini" bəyəndiyini, lakin onların "işlərinin öhdəsindən pis gəldiyini" bildirmişdi. O, gələcəkdə daha uyğun hesab etdiyi Avropa siyasətçilərini dəstəkləyəcəyini qeyd etmişdi. Tramp həmçinin Avropa ölkələrinin immiqrasiya siyasətini tənqid edərək, bunun gələcəkdə bu ölkələrin bir çoxunu "qeyri-həyat qabiliyyətli dövlətlərə" çevirəcəyini vurğulamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31