Rusiya qüvvələri Mirnoqrad istiqamətində irəlilədi – cəbhədə yeni hərəkətlilik
12 Dekabr 11:05 DünyaUkraynadakı hərbi vəziyyətlə bağlı yayılan yeni məlumata görə, Rusiya qüvvələri Mirnoqradın şərqində, eləcə də keçmiş Dobropol çıxıntısının əsas hissəsinin şimalında irəliləyib.
Olaylar.az xəbər verir ki, bu barədə "Deep State" hərbi analitik platforması məlumat yayıb.
Məlumatda qeyd olunur ki, sözügedən istiqamətlərdə Rusiya ordusunun mövqelərini möhkəmləndirməsi cəbhə xəttində operativ vəziyyətin dəyişdiyini göstərir. Analitiklər hesab edir ki, bu irəliləyiş regionda növbəti hərbi əməliyyatlar üçün strateji zəmin yarada bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31