Maduro Putinlə danışığını və əlaqələri yüksək qiymətləndirib – ÖZƏL
10:50 DünyaVenesuela Prezidenti Nikolas Maduro rusiyalı həmkarı Vladimir Putinlə son telefon danışığı və ümumilikdə Venesuela-Rusiya əlaqələri haqqında yüksək danışıb.
Olaylar.az xəbər verir ki, Maduro Venesuela Televiziyasına (Venezolana de Televisión) verdiyi açıqlamada deyib: "Bu gün dostumuz, böyük qardaşımız, Rusiya Prezidenti Vladimir Putinlə uzun bir telefon danışığı apardım. O, Venesuela xalqının cəsarətini yüksək qiymətləndirdi, Prezident Maduronu və Latın Amerikası regionunda suverenliyi və sülhü qorumaq səylərini qətiyyətlə dəstəklədi."
Venesuela lideri əlavə edib ki, tərəflər noyabrın 27-də Moskvada keçirilən ikitərəfli yüksək səviyyəli hökumətlərarası komissiyanın 19-cu iclası zamanı elm, texnologiya, səhiyyə, kənd təsərrüfatı, sənaye və enerji sahələrində əməkdaşlığı inkişaf etdirməyi nəzərdə tutan 19 saziş imzalayıblar. O bildirib ki, komissiyanın növbəti iclası 2026-cı ildə Karakasda baş tutacaq.