Xamenei: “İran milli müqavimətlə bütün təzyiqlərə qarşı dayanır” – ÖZƏL
10:18 DünyaOlaylar.az xəbər verir ki, İranın ali lideri Ayətullah Seyid Əli Xamenei Tehranda Hüseyniyyə-yi İmam Xomeynidə Ahlübeyt mərsiyəxanları ilə görüşündə milli müqaviməti "imperializmin hər cür zülmünə qarşı iradə və dözüm" kimi xarakterizə edib. O bildirib ki, təzyiqlər zaman-zaman hərbi, iqtisadi, siyasi, media və mədəni xarakter alır.
Xamenei Qərb mediasının kampaniyalarını "psixoloji və təbliğat təzyiqi" adlandıraraq, imperializmin məqsədinin yalnız torpaq genişləndirmək və ya resurslar əldə etmək olmadığını, əsas hədəfin "millətlərin dini, tarixi və mədəni kimliyini dəyişmək" olduğunu vurğulayıb.
O qeyd edib ki, İran İslam İnqilabı bu planları pozub və son illərdə ölkənin müqaviməti sayəsində düşmən təzyiqləri nəticə verməyib. Lider həmçinin müqavimət ideyasının region ölkələrinə də yayıldığını qeyd edib.
Xamenei hazırkı vəziyyəti "hərbi qarşıdurmadan çox media və təbliğat müharibəsi" adlandırıb və düşmənin əsas hədəfinin islam, şiə və inqilabi dəyərlər olduğunu bildirib.