Bu ölkədə qripə yoluxma rekord həddə çatıb
11 Dekabr 21:03 Dünyaİngiltərədə qrip halları həftəlik 55% artımla rekord həddə çatıb.
Olaylar bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, ötən həftə gündəlik orta hesabla 2660 nəfər qrip xəstəsi xəstəxanaya müraciət edib.
Ondan öncəki həftə isə xəstəxanaya gündəlik 1717 nəfər müraciət edib.
Qeyd edilir ki, 2024-cü ilin müvafiq dövründə bu rəqəm 1861 xəstə, 2023-cü ildə bu rəqəm gündəlik cəmi 402 xəstə olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31