Qonşu ölkədə hər il 50.000 insan öldürürlər - ŞOK XƏBƏB

İranın səhiyyə naziri Məhəmməd Rza Zəfərkəndi hava çirkliliyinin hər il 50.000 ölümə səbəb olduğunu bildirib.

Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, Zəfərkəndi bu sözləri universitet rektorları ilə görüşündə deyib.

O, səhiyyə problemlərinin əsasən iqtisadi və sosial amillərdən qaynaqlandığını vurğulayaraq deyib: "Problemlərdən biri hava çirkliliyidir. Hava çirkliliyi səbəbindən hər il 50.000 ölüm hadisəsinin şahidi oluruq. Eynilə, xəstəxanaya qəbul halları ikiqat artıb".

Zəfərkəndi universitetlərin səhiyyə məsələlərinə problemə yönəlmiş perspektivdən yanaşmasının vacibliyini vurğulayaraq əlavə edib: "Əgər səhiyyə elmlərində irəliləmək istəyiriksə, mütəxəssislər universitetləri dəstəkləməlidirlər. Səhiyyə sektorunda əhəmiyyətli maliyyə resursları mövcuddur".

İranda hava çirkliliyi istehsal olunan benzinin keyfiyyətsizliyindən qaynaqlanır. Bu keyfiyyətsiz benzin köhnə nəqliyyat vasitələrində, motosikletlərdə və elektrik stansiyalarında yanacaq kimi istifadə edildikdə insan həyatına mənfi təsir göstərən qazlar buraxır.

Hibrid mühərriklərin istehsalı, elektrik motosikletlərinin paylanması və Avro 5 benzininin istehsalı kimi hava çirkliliyi ilə mübarizə aparmaq üçün müxtəlif tədbirlər görülməsinə baxmayaraq, İran uğurlu olmayıb. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31