Hamı orada olmaq istəyir – Tramp Qəzza Şurasının tərkibini bu tarixdə açıqlayacaq
11:48 DünyaQəzza zolağını idarə edəcək "Sülh Şurası"nın tərkibi 2026-cı ilin əvvəlində açıqlanacaq.
Olaylar.az xəbər verir ki, məlumatı ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən açıqlayaraq bildirib ki, Şuraya bir neçə ölkənin liderləri daxil olacaq: "Bunu gələn ilin əvvəlində edəcəyik".
O, özünün sədrlik edəcəyi gözlənilən qurumu "əfsanəvi şura" adlandırıb: "Burada əsasən ən vacib ölkələrin başçıları olacaq. Hamısı şurada olmaq istəyir".
Trampın sözlərinə görə, "əslində plan bu deyildi". Tramp əvvəlcə yuxarıda adı çəkilən strukturun üzvlərinin "görkəmli insanlar" olacağını gözləyirdi, onların dövlət başçıları olması mütləq deyildi: "Amma görünür ki, baş verən budur. Liderlər, krallar, prezidentlər, baş nazirlər - hamısı şurada olmaq istəyir". (musavat.com)