Paşinyanın təyyarəsi Moskvaya enə bilmədi - Ukraynanın hücumuna görə

Ermənistanın Baş naziri Nikol Paşinyanın olduğu təyyarə 11 dekabr gecəsi Moskva üzərinə edilən Ukrayna dron hücumu səbəbindən paytaxt hava limanlarına eniş edə bilməyib.

Olaylar.az xəbər verir ki, hücum vaxtı Moskvanın bütün hava limanları uçuşları qəbul etmir və həyata keçirmirdi.

Paşinyanın təyyarəsi təxminən bir saat Tver vilayəti üzərində dövrə vuraraq eniş üçün icazə gözləyib, lakin icazə verilmədiyi üçün marşrut dəyişdirilib.

Nəticədə təyyarə Sankt-Peterburqun Pulkovo hava limanına yönləndirilib və gecə saat 01:00 radələrində orada eniş edib.

Paşinyan Moskvaya Avrasiya İqtisadi İttifaqının (Aİİ) hökumətlərarası şurasının iclasında iştirak etmək üçün gedirdi. (musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31