Paşinyan Erməni Apostol Kilsəsinin “bərpası” üçün yol xəritəsi təklif edib- ÖZƏL

Ermənistanın baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin (EAK) "bərpası" ilə bağlı yol xəritəsi təklif edib. Olaylar.az xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində paylaşım edib. Yol xəritəsi Ktiriç Nersisyanın vəzifədən uzaqlaşdırılmasından sonra kilsədə idarəetmənin yenilənməsini nəzərdə tutur.
Paşinyanın açıqladığı plana aşağıdakılar daxildir: 
Katolikosluğun müvəqqəti rəhbərinin seçilməsi - EAK-da mövcud olan mexanizmlərə uyğun şəkildə həyata keçirilməlidir.

EAK Qaydalar Məcəlləsinin qəbulu. Bu sənəddə aşağıdakı müddəalar öz əksini tapmalıdır:
- Kilsə xidmətçilərinin etik-davranış qaydaları və onların təminat mexanizmləri;
- EAK-da maliyyə şəffaflığı və onu təmin edən mexanizmlər;
- Kilsənin siyasi neytrallığı və bunun təminat mexanizmləri;
- Kilsənin fəaliyyətinin Ermənistanın vergi qanunvericiliyinə uyğunluğu və bu uyğunluğa zəmanət verən mexanizmlər.
Baş nazir əlavə edib ki, Ermənistan qanunvericiliyi kilsənin fəaliyyətindən dövlət büdcəsinə ödənilən vergilərin və rüsumların tam şəkildə EAK-a geri qaytarılmasını təmin edəcək.
Bundan başqa, kilsə xidmətçiləri üçün elə sosial təminatlar yaradılmalıdır ki, onlar tam şəkildə yığım pensiya sistemi, gəlir vergisinin qaytarılması, sosial kreditlər və icbari tibbi sığorta imkanlarından yararlana bilsinlər.
Bütün ermənilərin Katolikosunun seçilməsi - yeni qəbul ediləcək Qaydalar Məcəlləsinə uyğun şəkildə aparılmalıdır.
Paşinyan yol xəritəsinin EAK-da idarəçilik və şəffaflığın yaxşılaşdırılmasına xidmət edəcəyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31