BMT Ukraynaya humanitar yardım üçün tələb olunan məbləği 12% azaldıb- ÖZƏL

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi (OCHA) gələn il Ukraynaya humanitar yardım üçün tələb edilən maliyyə vəsaitinin həcmini 2025-ci illə müqayisədə 12% azaldıb. Olaylar.az xəbər verir ki, bu barədə qurumun yayımladığı qlobal humanitar icmal hesabatında bildirilir.
Məlumata görə, əgər cari il üçün Ukraynaya humanitar dəstəyə 2,6 milyard dollar tələb olunurdusa, 2026-cı il üçün bu rəqəm 2,3 milyard dollar olaraq müəyyən edilib. Onun 2,1 milyard dollarlıq hissəsi prioritet maliyyələşmə kimi qeyd olunub.
OCHA-nın məlumat bazasında göstərilir ki, Ukrayna üzrə humanitar proqramların ən böyük donorları Avropa İttifaqı (250 milyon dollar), Norveç (161 milyon dollar), Almaniya (157 milyon dollar), ABŞ (148 milyon dollar) və İsveçrə (65 milyon dollar) olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31