ABŞ Konqresi 2026-cı il üçün hərbi büdcəni rekord həddə qaldırıb-901 milyard dollar- ÖZƏL
12:03 DünyaABŞ Konqresi ölkənin 2026-cı maliyyə ili üçün nəzərdə tutulan hərbi büdcə layihəsini açıqlayıb. Olaylar.az xəbər verir ki, sənədə əsasən, müdafiə və təhlükəsizlik sahələri üçün rekord həcmdə- 901 milyard dollar ayrılması təklif olunur. Bu məbləğ ABŞ Prezidenti Donald Trampın Konqresə təqdim etdiyi büdcə sorğusundan da yüksəkdir. Prezident 2026-cı il üçün müdafiə xərclərinə 892,6 milyard dollar ayrılmasını istəmişdi. Konqresin təklif etdiyi yekun rəqəm isə bu göstəricidən 8 milyard dollar artıqdır. Məlumata görə, büdcə layihəsi təkcə Pentaqonun deyil, həmçinin digər dövlət agentliklərinin və müdafiə-təhlükəsizlik istiqamətli proqramların maliyyələşdirilməsini də əhatə edir. İlkin mərhələdə Nümayəndələr Palatası administrasiyanın təklif etdiyi məbləğlə razılaşıb. Senat isə müdafiə büdcəsinin daha da artırılaraq 925 milyard dollara çatdırılmasını təklif edib. Sonda tərəflər 901 milyard dollarlıq kompromis variant üzərində razılığa gəliblər.
Xatırladaq ki, ABŞ-ın 2025-ci maliyyə ili üçün hərbi büdcəsi 884 milyard dollar təşkil edib.