Paşinyandan kilsələrdə dövlət himninin oxunması ilə bağlı təklif – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində Ermənistan Apostol Kilsəsində liturgiyalardan əvvəl dövlət himninin ifası ilə bağlı təklifinə aydınlıq gətirib.

Paşinyan hesab edir ki, kilsələrin daxilində və giriş hissəsində Ermənistan dövlət bayrağının yerləşdirilməsi məsələsi də müzakirə edilməlidir. Onun sözlərinə görə, bu, bir sıra ölkələrdə qəbul olunmuş praktikadır.

Xatırladaq ki, o, dünən belə yazmışdı: "301-ci ildə Ermənistan Apostol Kilsəsi dövlət tərəfindən, dövlət qərarı ilə təsis edilib. Düşünürəm ki, bazar günü liturgiyalarından əvvəl, saat 10:55-də bütün kilsələrdə xorlar Ermənistan Respublikasının dövlət himnini ifa etməlidirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31