Tayland-Kamboca sərhədində gərginlik artır: Baş nazir təcili iclas çağırdı- ÖZƏL
11:36 DünyaTaylandın baş naziri Aunutxin Çanvirokun Kamboca ilə sərhəddə baş verən toqquşmaların kəskinləşməsi fonunda təhlükəsizlik qurumlarının rəhbərləri ilə hökumət evində təcili müşavirə keçirib. Olaylar.az xəbər verir ki, bu barədə The Nation qəzeti məlumat yayıb. Məlumata görə, baş nazir Kamboca sərhədinə nəzərdə tutulmuş səfərini ləğv edib. Buna səbəb döyüşlərin yenidən alovlanması və Kambocanın RM-70 və BM-21 tipli reaktiv yaylım atəş sistemlərini Tayland sərhədinə doğru irəlilətməsi olub.
Tayland Krallıq Ordusunun açıqlamasına əsasən, sərhəddə baş verən son toqquşmalar zamanı bir taylandlı hərbçi həlak olub, dördü isə yaralanıb. Ordunun məlumatına görə, Kamboca qüvvələri yerli vaxtla saat 05:00-dan etibarən tayland mövqelərini intensiv atəşə tutub. Gərginlik fonunda Tayland Hərbi Hava Qüvvələri bazar ertəsi Kambocanın silahlı qüvvələrinin mövqelərinə aviazərbələr endirib. Rəsmi açıqlamada bildirilib ki, zərbələr hərbi infrastruktur, silah-sursat anbarları, komanda məntəqələri və logistika xəttinə yönəlib.
Hadisə iki ölkə arasında sərhəd xəttində gərginliyin daha da yüksəldiyini göstərir.