Moldova naməlum PUA-nın hava məkanını pozmasına görə Rusiya səfirini XİN-ə çağırıb- ÖZƏL
15:03 DünyaMoldova Xarici İşlər Nazirliyi ölkənin hava məkanının naməlum mənşəli pilotsuz uçuş aparatı tərəfindən pozulması ilə bağlı Rusiyanın Kişinyovdakı səfiri Oleg Ozerevi nazirliyə çağırıb. Olaylar.az xəbər verir ki, bu barədə məlumat qurumun rəsmi açıqlamasında yer alıb.
Nazirlik bildirib ki, noyabrın 19-na keçən gecə Moldova Respublikasının hava sərhədləri qanunsuz şəkildə PUA tərəfindən keçilib. Rəsmi Kişinyov hadisəni "ölkənin suverenliyinin ciddi pozuntusu" kimi qiymətləndirib və bunun vətəndaşların təhlükəsizliyi ilə yanaşı, regional sabitliyə risk yaratdığını vurğulayıb.
XİN-in məlumatına görə, səfir Ozerevə Moldovanın rəsmi etirazı təqdim olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31