Rusiyadan Qdansk konsulluğunun bağlanmasına “güzgü cavabı” – ÖZƏL
15:02 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova TASS agentliyinə bildirib ki, Polşanın Qdanskdakı Rusiya Baş Konsulluğunu bağlamasına cavab olaraq, Moskva Polşanın Rusiya Federasiyasındakı diplomatik-konsulluq iştirakını azaldacaq.
Zaxarova bu addımı "cavab güzgü tədbiri" adlandırıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə öz növbəsində bildirib ki, Polşa Rusiya ilə diplomatik əlaqələri sıfıra endirməyə çalışır və bu vəziyyət təəssüf doğurur. O, Polşa hakimiyyətinin ölkədə fəaliyyət göstərən sonuncu Rusiya Baş Konsulluğunu bağlamaq qərarını "ağıldan uzaq" hesab edib.
Qeyd edək ki, Polşanın Xarici İşlər naziri Radoslav Sikorski, bu addımın ölkənin dəmir yollarında baş vermiş və Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli olduğu iddia edilən diversiyalara cavab olaraq atıldığını demişdi. Polşanın Baş naziri Donald Tusk isə diversiyanı həyata keçirənlərin Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli iki Ukrayna vətəndaşı olduğunu bildirmişdi.