Ərdoğan: “Türkiyənin başqa ölkələrin torpaqlarında gözü yoxdur”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin heç bir dövlətin ərazisinə iddia etmədiyini bəyan edib. 

Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, Ankara digər ölkələrin daxili işlərinə qarışmır və bütün dövlətlərin suverenliyinə hörmət edir.

"Biz hər hansı ölkənin ərazisini mənimsəməkdə maraqlı deyilik. Başqa dövlətlərin daxili işlərinə qarışmırıq və hər bir ölkənin müstəqilliyinə tam hörmət edirik," - deyə Ərdoğan bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31