İran XİN müavini qonşularla əlaqələrin inkişafını təsdiqləyir – ÖZƏL

İran İslam Respublikasının bütün qonşuları ilə əlaqələrin inkişaf etdirilməsi ölkənin müəyyənedici siyasətidir.

Olaylar.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxt-Rəvançi özünün X sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Qətər və Pakistana iki günlük səfərdən sonra bu səhər Tehrana qayıtdım. Dohada Dövlət Naziri Doktor Əl Xuleyfi ilə ikitərəfli əlaqələrimizin müxtəlif aspektlərini, eləcə də regional və beynəlxalq məsələləri müzakirə etdiyimiz çox məhsuldar görüşüm oldu. Biz əlaqələrimizi dərinləşdirmək üçün birlikdə çalışmaq əzmində olduğumuzu ifadə etdik. İslamabadda Xarici İşlər Naziri ilə on üçüncü ikitərəfli siyasi məsləhətləşmələrdə iştirak etdim. Biz ümumilikdə İran-Pakistan əlaqələrini nəzərdən keçirdik və bütün sahələrdə əlaqələri gücləndirmək üçün addımlar atmağa razılaşdıq", - deyə İran Xarici İşlər Nazirinin müavini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31