İsrail Livanda HƏMAS bazasına hava zərbəsi endirdi -11 nəfər həlak oldu
13:35 Dünyaİsrail ordusu Livanın cənubundakı Səidə şəhəri yaxınlığında yerləşən Ayn əl-Hilvə bölgəsinə dünən axşam hava zərbəsi endirdiyini rəsmən təsdiqləyib.
Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, zərbənin hədəfi İsrailə qarşı hücumların hazırlanması üçün istifadə olunan HƏMAS-a məxsus təlim və əməliyyat bazası olub.
Ordudan bildirilib ki, əməliyyat zamanı dəqiq sursatlardan və kəşfiyyat məlumatlarından istifadə edilib və bu, mülki itkilərin qarşısını almaq məqsədi daşıyıb.
Livan Səhiyyə Nazirliyi hücum nəticəsində 11 nəfərin öldüyünü, 4 nəfərin yaralandığını açıqlayıb. Hadisə bölgədə gərginliyin daha da artmasına səbəb olub. (Musavat.com)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31