Avropa Parlamentinin deputatı Vannaççi: “Qərbin Ukraynaya dəstəyi nəticəsiz qalıb”- ÖZƏL

Avropa Parlamentinin deputatı, İtaliyanın hakim koalisiyasına daxil olan "Liqa" partiyasının vitse-sekretarı general Roberto Vannaççi bildirib ki, Qərbin Ukraynaya maliyyə və hərbi dəstəyi nəticə verməyib. Onun sözlərinə görə, Avropa Komissiyasının Rusiya tərəfindən "hibrid təhdid" gəlməsi ilə bağlı açıqlamaları isə yalnışdır. Olaylar.az xəbər verir ki, Vannaççi "Liqa"nın ABŞ-dan PURL proqramı çərçivəsində silah alınmasına və sonradan Ukraynaya göndərilməsinə qarşı olduğunu təsdiqləyib. Deputat qeyd edib: "Dörd il ərzində Ukraynaya maliyyə və silah yardımı heç bir nəticə verməyib. Artıq strategiyanı dəyişmək vaxtıdır".
O, PURL proqramını Avropa Komissiyasının sədri Ursula fon der Leyenin uğursuz siyasətinin nəticəsi adlandırıb: "Fon der Leyen ABŞ prezidenti Donald Trampla golf sahəsində görüşdən sonra tamamilə uduzmuş vəziyyətdə çıxdı: 15% rüsumlar, ABŞ-dan 750 milyard avro dəyərində LNG alınması və sonradan Ukraynaya hədiyyə etmək üçün silah alınması öhdəliyi".
Vannaççi həmçinin Ukraynada baş verən korrupsiya qalxanından sonra Zelenskiyə qarşı etimadsızlığın artacağını, Rusiya tərəfindən gələn "hibrid təhdid" iddialarının isə uydurma olduğunu vurğulayıb. Deputat misal olaraq Avropa Komissiyasının sədri tərəfindən təyyarəsinin naviqasiya sistemindəki nasazlıq və Polşaya dron hücumları ilə bağlı iddiaları, həmçinin "Şimal axın" qaz kəmərlərinin partladılması məsələsini göstərib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31