Türkiyə Ermənistanla münasibətlərin normallaşması üçün şərt açıqladı

Türkiyə Xarici İşlər naziri Hakan Fidan bildirib ki, Ankara Ermənistanla münasibətləri yalnız Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra normallaşdırmağa hazır olacaq.

Olaylar.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Fidan qeyd edib ki, Türkiyə bu mövqeyini əvvəldən açıq şəkildə bəyan edib və Ermənistanla siyasəti hər zaman regiondakı real proseslərə əsaslanıb.

Nazir vurğulayıb ki, Ankara Bakı-İrəvan sülh prosesini dəstəkləyir və anlaşmanın imzalanmasının bütün Cənubi Qafqaz üçün yeni imkanlar yaradacağını düşünür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31