Maan: Trampın xüsusi nümayəndəsi noyabrın 19-da Həmas lideri ilə görüşməyi planlaşdırır- ÖZƏL
11:48 DünyaABŞ prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi elçisi Steven Witkoffun noyabrın 19-da İstanbulda Fələstinin Qəzza zolağında HƏMAS hərəkatının lideri Xəlil əl-Həyya ilə danışıqlar aparacağı gözlənilir. Olaylar.az xəbər verir ki, bu barədə radikal təşkilata yaxın Maan xəbər agentliyi məlumat yayıb.
Gözlənilən görüşdə Xəlil əl-Həyya ilə yanaşı, HƏMAS-ın digər yüksək vəzifəli nümayəndələrinin də iştirak edəcəyi bildirilir. Agentlik ABŞ administrasiyasının bu danışıqlarla radikal hərəkatla birbaşa əlaqələri saxlamaq niyyətində olduğunu vurğulayır. Əgər görüş İstanbulda baş tutarsa, bu, Trampın Qəzza zolağında sülh planını açıqlamasından sonra ikinci görüş olacaq. Əvvəlki görüş oktyabr ayında Misirdə baş tutmuş, o zaman həmçinin ABŞ prezidentinin kürəkəni Cared Kuşner də iştirak etmişdi.
Oktyabrın 9-da ABŞ prezidenti İsrail və HƏMAS arasında ilk mərhələdə sülh planı üzrə razılaşmaların əldə olunduğunu açıqlamış, bu plan Qəzza zolağında saxlanılan bütün girovların azad edilməsini və İsrail qoşunlarının razılaşdırılmış mövqelərə çəkilməsini nəzərdə tutur. Razılaşma oktyabrın 10-da qüvvəyə minib.