Nüvə gərginliyi artır: Qərb bloku İrana qarşı yeni sənəd hazırladı
11:25 DünyaBöyük Britaniya, Almaniya, Fransa və ABŞ birlikdə İranın nüvə fəaliyyətinə dair MAQATE-yə yeni qətnamə layihəsi təqdim ediblər.
Olaylar.az xəbər verir ki, Reuters-in diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, sənəddə Tehranın nüvə obyektlərinə və zənginləşdirilmiş uran ehtiyatlarına tam giriş imkanı verilməsi tələb olunur.
Mənbələr bildiriblər ki, qətnamə layihəsinin 19 noyabrda qəbul edilmə ehtimalı çox yüksəkdir. Sənəd İranın MAQATE ilə əməkdaşlığı gücləndirməsini və agentliyin nəzarət mexanizmlərinə maneələrin aradan qaldırılmasını nəzərdə tutur.
Qətnamənin qəbulu Tehran ilə Qərb arasında nüvə proqramı ətrafında gərginliyi daha da artıra bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31