Polşa iki hava limanını müvəqqəti bağladı- ÖZƏL
11:23 DünyaPolşa, ölkədə hərbi aviasiyaya sərbəst hərəkət imkanı yaratmaq üçün cənub-şərqdə yerləşən Jeshiv və Lublin hava limanlarını müvəqqəti bağlayıb. Olaylar.az xəbər verir ki, bu barədə Polşa Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
Agentliyin sosial şəbəkə hesabında bildirilib ki, "Jeshiv və Lublin hava limanları hərbi aviasiyanın sərbəst fəaliyyətini təmin etmək məqsədilə müvəqqəti bağlanıb".
Əvvəlcə Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı ölkə üzərində Polşa və NATO döyüş təyyarələrinin uçduğunu açıqlayıb. Rəsmi açıqlamada bu addımın, Varşavanın iddiasına görə, Ukraynada pilotsuz uçan aparatların (PUA) hücum təhlükəsi ilə əlaqədar atıldığı qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31